Yuxarı
    Bağlamaq

    ​Türkiyə Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

    Rəcəb Tayyib Ərdoğanı və xanımını hava limanında baş nazirin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar

    Bakı. 25 aprel. REPORT.AZ/ Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 25-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

    "Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycanın baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi