Toivo Klaar: “Azərbaycan və Ermənistanın XİN başçıları substantiv danışıqlarda iştirak edirlər”

Toivo Klaar: “Azərbaycan və Ermənistanın XİN başçıları substantiv danışıqlarda iştirak edirlər” "Azərbaycan və Ermənistan xarici işlər nazirləri ikitərəfli sülh müqaviləsi üzrə substantiv danışıqlar prosesində iştirak edirlər".
Xarici siyasət
8 Noyabr , 2022 16:36
Toivo Klaar: “Azərbaycan və Ermənistanın XİN başçıları substantiv danışıqlarda iştirak edirlər”

"Azərbaycan və Ermənistan xarici işlər nazirləri ikitərəfli sülh müqaviləsi üzrə substantiv danışıqlar prosesində iştirak edirlər".

"Report" xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar tviter səhifəsində yazıb.

"Dünən ABŞ-ın paytaxtı Vaşinqtonda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında mühüm görüş baş tutub. Sevindirici haldır ki, Ararat Mirzoyan və Ceyhun Bayramov ikitərəfli sülh müqaviləsi üzrə substantiv danışıqlar prosesində iştirak edirlər”, - diplomat vurğulayıb. 

Xatırladaq ki, noyabrın 7-də Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan görüşüb. Görüşün baş tutduğu "Blair House"da, nazirlərin ABŞ dövlət katibi Entoni Blinken ilə birgə görüşü də keçirilib.

Son xəbərlər

Orphus sistemi