Timur Kozırev: “Azərbaycanın Qazaxıstan və Özbəkistanla əməkdaşlığının böyük effekti olacaq”

Timur Kozırev: “Azərbaycanın Qazaxıstan və Özbəkistanla əməkdaşlığının böyük effekti olacaq” “Üçtərəfli formatda Azərbaycan-Qazaxıstan-Özbəkistan əməkdaşlığı böyük geosiyasi effekt verə bilər”.
Xarici siyasət
7 Aprel , 2023 15:08
Timur Kozırev: “Azərbaycanın Qazaxıstan və Özbəkistanla əməkdaşlığının böyük effekti olacaq”

“Üçtərəfli formatda Azərbaycan-Qazaxıstan-Özbəkistan əməkdaşlığı böyük geosiyasi effekt verə bilər”.

“Report” xəbər verir ki, bunu Beynəlxalq Türk Akademiyasının eksperti Timur Kozırev Azərbaycan və Qazaxıstan arasında ikitərəfli münasibətlərə həsr olunmuş dəyirmi masada çıxışı zamanı deyib.

“Biz Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığı haqqında çox danışdıq və bu əməkdaşlığın əsasını bu üç ölkə təşkil edir”, - o bildirib.

Ekspertin sözlərinə görə, nəqliyyat dəhlizlərinin inkişafı ilə əlaqədar belə münasibətlərin böyük perspektivləri var: “Qazaxıstanın Rusiya və Çinə çıxışı var, Azərbaycanın Türkiyə ilə sıx əlaqələri var. Özbəkistan isə Mərkəzi Asiyanın lap qəlbində yerləşir. Bundan başqa, biz daha da geniş imkanlar yaradacaq Zəngəzur dəhlizinin açılmasını gözləyirik”.

T.Kozırevin fikrincə, üç dövlətin birgə potensialı haqqında hamı düşünməlidir.

“İlkin mərhələdə bu əməkdaşlıq ekspert platformaları çərçivəsində müzakirə oluna bilərdi, sonra isə hər şey belə formatın yaradılması ideyasının necə təbliğ olunacağından asılı olacaq”, - ekspert fikrini yekunlaşdırıb.

Son xəbərlər

Orphus sistemi