Tbilisidə Qara dəniz və Avrasiya regionlarında iqtisadi təhlükəsizlik məsələləri müzakirə olunub
- 12 iyul, 2018
- 09:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Tbilisi. 12 iyul. REPORT. AZ/ "Hər bir regionun iqtisadi inkişafı, xalqların rifah halının yaxşılaşdırılması üçün təhlükəsizlik məsələləri mühüm əhəmiyyət kəsb edir. Təhlükəsizliyə tam nail olmaq üçün bütün normal qüvvələr səfərbər olunmalıdır".
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu fikirlər "Qara dəniz və Avrasiya regionlarında iqtisadi təhlükəsizlik" mövzusunda Tbilisidə keçirilən beynəlxalq konfransda səslənib.
Corc Marşal Fondunun təşkil etdiyi tədbirdə Azərbaycan nümayəndə heyəti də iştirak edib.
Tədbirdə Qara dəniz və Avrasiya regionlarının iqtisadi imkanları, enerji resurslarından səmərəli istifadə, iqtisadi təhlükəsizlik, müasir dövrdəki çağırışlar, təhlükəsizliyin sosial iqtisadi inkişafa müsbət təsiri və s. məsələlər müzakirə olunub. Azərbaycan nümayəndə heyətinin üzvləri müzakirələrdə çıxış edib, gündəlikdəki məsələlərə münasibət bildiriblər. Azərbaycanın təcavüzə məruz qalan ölkə olmasına baxmayaraq regional və qlobal təhlükəsizliyə verdiyi töhfələr xüsusi qeyd olunub.
Konfrans mətbuata qapalı formada davam edib.