Tbilisidə faşizmin təbliği əleyhinə beynəlxalq konfrans keçirilir - FOTO

Xarici siyasət
  • 26 mart, 2018
  • 08:22
Tbilisidə faşizmin təbliği əleyhinə beynəlxalq konfrans keçirilir - FOTO

Tbilisi. 26 mart. REPORT.AZ/ Tbilisidə "Böyük Vətən müharibəsində Qələbənin 73-cü ildönümü ərəfəsində faşizmin qəhrəmanlaşdırılmasına qarşı mübarizə: Tarixi "ədalət" və ya təhlükəli tendensiyalar" mövzusunda beynəlxalq konfrans keçirilir.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, tədbirdə Azərbaycan, Rusiya, Gürcüstan və Ermənistandan ekspertlər, tarixçi alimlər, muharibə veteranları, ictimai fəallar iştirak edirlər.

Konfransda Qafqazda sülhün bərqərar olması, təhlukəli tendensiyalara qaşı mübarizədən danışılır, faşizmin təhlukəli tendensiyaları araşdırılır. 

Sonda Ermənistanda faşizmin dövlət səviyyəsində təbliğinə qarşı və Qaregen Njde kimi faşizm havadarlarının qəhrəmanlaşdırılmasına qarşı kəskin etiraz bəyanatı qəbul olunacaq. Bəyanat bütün beynəlxalq təşkilatlara gondəriləcək.

Konfransda Don kazakları da fəal iştirak edirlər.