Yuxarı

Tarixçi: "Erməni daşnakları faşistlərin Bakıya hücum planının hazırlanmasında iştirak edib"

Ukraynanın Bakıdakı səfirliyində Böyük Vətən Müharibəsində qələbəyə həsr olunmuş dəyirmi masa keçirilib

Bakı. 8 may. REPORT.AZ/ "Bu gün Ermənistan və Rusiyada Böyük Vətən Müharibəsində (BVM) faşistlərə yardım edən erməni cinayətkarlarının xatirəsinə abidələr ucaldılır". "Report" xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun elm üzrə direktor müavini Cəbi Bəhramov Ukraynanın Bakıdakı səfirliyində Böyük Vətən Müharibəsində qələbəyə həsr olunmuş "dəyirmi masa"da bildirib. 

"Böyük Vətən Müharibəsindən əvvəl, 1938-ci il oktyabrın 17-də "Daşnaksütyun" erməni partiyasının məxfi üzvləri, o cümlədən Soqomon Teyliryanın qardaşı Bakıda "Kraus" ləqəbli alman firması vasitəsilə Azərbaycana gizli yolla gələn gestaponun rəhbəri Genrix Müllerlə görüşüb. Görüş zamanı onlar Müllerə Bakının planını veriblər", - C.Bəhramov qeyd edib. 

O bildirib ki, ermənilər belə insanları yüksəltməyə çalışır, onlar üçün abidələr ucaldır. "Bu yaxınlarda Rusiyada Qaregin Njde haqqında bədii film çəkilib. Həmin şəxs erməni faşizminin ideoloqudur və müharibənin əvvəllərində faşistlərlə əməkdaşlıq edib", - direktor müavini vurğulayıb. 

Tarixçi xatırladıb ki, Njde "Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur" məşhur ifadənin müəllifidir. 

Azərbaycanın BVM zamanı əldə edilən qələbəyə verdiyi töhfədən söz açan C.Bəhrəmov bildirib ki, məhz Azərbaycan cəbhəyə göndərdiyi neft hesabına dünyanı faşizmdən xilas edib.

Öz növbəsində, Ukrayna səfiri Aleksandr Mişenko bildirib ki, Ukraynadakı indiki vəziyyətin dərk edilməsi üçün tarixi ədalət bərpa edilməli, BVM-də əldə edilmiş qələbədə Stalinin və kommunizmin roluna aydınlıq gətirilməlidir.

Onun sözlərinə görə, o vaxtlar Moskva döyüşlərə gənc, səriştəsiz və aşağı səviyyədə silanlanmış əsgərləri göndərirdi. Ona görə də çoxları müharibənin elə ilk günlərində həlak oldu.

Səfir qeyd edib ki, bu gün bütün xalqlar tarixi ədalətin bərpası üçün səy göstərməli və əlindən gələni etməlidirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi