Tacikistanın Danqara rayonu Sumqayıtla qardaşlaşmaq niyyətindədir

Tacikistanın Danqara rayonu Sumqayıtla qardaşlaşmaq niyyətindədir Tacikistanın Azərbaycandakı səfiri Rüstəm Soli Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla görüşüb
Xarici siyasət
19 Aprel , 2019 10:29
Tacikistanın Danqara rayonu Sumqayıtla qardaşlaşmaq niyyətindədir
0 : 00
0 : 00

Tacikistanın Azərbaycandakı səfiri Rüstəm Soli Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla görüşüb.

Bu barədə "Report"a Tacikistanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Danqara rayonu ilə Sumqayıt şəhəri arasında qardaşlıq əlaqələrin qurulması məsələsi müzakirə edilib.

Səfir Sumqayıtın sənaye müəssisələrinə baş çəkib, sənaye sahəsində ikitərəfli əlaqələrin qurulması məqsədi ilə şirkət rəhbərləri ilə görüşlər keçirib.

Son xəbərlər

Orphus sistemi