Yuxarı
    Bağlamaq

    ​Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

    O, birinci Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək

    Bakı. 12 iyun. REPORT.AZ/ Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün iyunun 12-də Azərbaycana gəlib. “Report”un xəbərinə görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda Tacikistan Respublikasının Prezidentini Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi