Bakı. 9 sentyabr. REPORT. AZ/ Türkiyənin yeni təyin olunan baş naziri Əhməd Davudoğlu sentyabr ayının 19-20-də Azərbaycana gələcək. Report trthaber.com-a istinadən xəbər verir ki, Bakıya səfərdən əvvəl baş nazir Əhməd Davudoğlu sentyabr ayının 16-da Şimali Kipr Türk Respublikasına səfər edəcək.
Azərbaycana səfəri çərçivəsində Türkiyənin baş naziri Cənubi Qafqaz qaz kəmərinin genişləndirmə layihəsi çərçivəsində təməlatma mərasimində iştirak edəcək. Mərasim sentyabr ayının 20-də Səngəçal terminalında keçiriləcək.