Yuxarı
    Bağlamaq

    ​Sorğu: Azərbaycan əhalisinin yalnız 18%-i Gömrük İttifaqına qoşulmağın tərəfdarıdır

    Gömrük İttifaqına qoşulmağın əsas tərəfdarları Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Ermənistan və Belarusdur

    Bakı. 24 sentyabr. REPORT.AZ/ Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə “İnteqrasiya Barometri” təşkilatı MDB ölkələrində Gömrük İttifaqına qoşulmaqla bağlı əhali arasında sorğu keçirib.

    “Report”un məlumatına görə, sorğunun nəticələrinə əsasən, Tacikistan (72%) və Özbəkistan (68%) quruma üzvlüklə bağlı verilən müsbət cavablara görə siyahıya liderlik edir. Sonrakı yerdə 64%-lə Ermənistan gəlir. Azərbaycanda isə cəmi respondentlərin 18%-i Gömrük İttifaqına qoşulmağın tərəfdarıdır.

    Sorğuda qeyd olunur ki, siyasi, iqtisadi və mədəni yaxınlaşma baxımından Gömrük İttifaqına daha yaxın olan Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Ermənistan və Belarusdur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi