“Regionda təhlükəsizliyin və sabitliyin gücləndirilməsi üçün ATƏT-in mühüm rol oynadığına inanırıq”.
“Report” xəbər verir ki, bunu ATƏT Xarici İşlər Nazirləri Şurasının Bratislavada keçirilən 26-cı iclasında Slovakiyanın Baş naziri Peter Pelleqrini deyib.
O, ATƏT məkanında multilateralizmin təmin olunmasına tərəfdar çıxıb.
Slovakiya hökumətinin başçısı ATƏT-dəki sədrliyinin təhlükəsizlik və sabitliyi artıracağını bildirib: “İlk növbədə, münaqişələrdən əziyyət çəkən insanları nəzərdə tuturam. Biz həmişə geniş mənzərəyə nəzər salır və regionumuzu daha təhlükəsiz etmək üçün dialoq vasitəsilə siyasi prosesləri dəstəkləməyə çalışırıq. Həmçinin münaqişələrdə ən çox ziyan çəkən insanların vəziyyətini asanlaşdırmaq üçün hər vasitəyə əl atmağa səy göstəririk”.