Şimali Kipr parlamentinin sədri Sahibə Qafarovaya zəng edib

Şimali Kipr parlamentinin sədri Sahibə Qafarovaya zəng edib İyulun 17-də Şimali Kipr Cumhuriyyət Məclisinin sədri Teberrüken Uluçay Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarovaya zəng edib. Teberrüken Uluçay Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zama
Milli Məclis
17 İyul , 2020 18:50
Şimali Kipr parlamentinin sədri Sahibə Qafarovaya zəng edib
Sahibə Qafarova

İyulun 17-də Şimali Kipr Türk Cümhuriyyət Məclisinin sədri Teberrüken Uluçay Azərbaycan Respublikasının Milli Məclisinin Sədri Sahibə Qafarovaya zəng edib.

Milli Məclisin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Teberrüken Uluçay Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı həlak olan şəhidlərin xatirəsini ehtiramla yad etdiyini bildirərək, onların ailələrinə başsağlığı verib, yaralananlara şəfa dilədiyini ifadə edib. Hər zaman Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiklərini bildirən Cümhuriyyət Məclisinin sədri Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi təxribatı qəti şəkildə pislədiklərini və Ermənistanın bu addımlarının yolverilməz olduğunu vurğulayıb. Sonda Teberrüken Uluçay Azərbaycana daimi rifah və qələbə arzuladığını bildirib.

Milli Məclisin Sədri Sahibə Qafarova öz növbəsində göstərilən diqqət və dəstək üçün Teberrüken Uluçaya dərin təşəkkürünü ifadə edib. Sahibə Qafarova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasət nəticəsində güclü orduya malik Azərbaycan Silahlı Qüvvələri Ermənistanın təxribatına dərhal və adekvat cavab verib.

Milli Məclisin Sədri əminliklə qeyd edib ki, Azərbaycan öz ərazi bütövlüyünü ən qısa müddətdə bərpa edəcək və qələbə çalacaq. Sonda Sahibə Qafarova Cümhuriyyət Məclisinin sədrinə telefon zəngi üçün təşəkkür edib.

Son xəbərlər

Orphus sistemi