Yuxarı

​Sergey Lavrov Azərbaycanın Rusiyadakı səfirini təltif edib

Polad Bülbüloğlu Beynəlxalq əməkdaşlığa töhfəyə görə döş nişanına layiq görülüb

Bakı. 5 fevral. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov cümə günü Azərbaycanın bu ölkədəki səfiri Polad Bülbüloğlunu Rusiya XİN-in "Beynəlxalq əməkdaşlığa töhfəyə görə" döş nişanı ilə təltif edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici siyasət idarəsinin məlumatında bildirilir.

Məlumata görə, səfir bu mükafata Rusiya və Azərbaycan arasında qarşılıqlı anlaşma və dostluq münasibətlərinin möhkəmləndirilməsi işində göstərdiyi xidmətə görə layiq görülüb.

"Nazir Polad Bülbüloğlunu Azərbaycanın Moskvadakı diplomatik missiyasının rəhbəri vəzifəsindəki fəaliyyətinin on illiyi münasibəti ilə səmimi qəlbdən təbrik edib", — deyə sənəddə bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi