Serbiya Prezidentinin mesajları Azərbaycan Prezidentinə çatdırılıb

Serbiya Prezidentinin mesajları Azərbaycan Prezidentinə çatdırılıb "Cənab Prezident. Zati-Aliləri, möhtərəm Prezident, ilk növbədə, icazə verin Azərbaycan Respublikasında olmaqdan və burada xidmət etmək imkanına sahib olmaqdan böyük şərəf duyduğumu bir daha təkrarlayım"
Xarici siyasət
3 May , 2021 14:02
Serbiya Prezidentinin mesajları Azərbaycan Prezidentinə çatdırılıb

"Cənab Prezident. Zati-Aliləri, möhtərəm Prezident, ilk növbədə, icazə verin Azərbaycan Respublikasında olmaqdan və burada xidmət etmək imkanına sahib olmaqdan böyük şərəf duyduğumu bir daha təkrarlayım. Mənim təyinatım Serbiya Respublikasının Prezidenti cənab Aleksandr Vuçiçin şəxsi istəyi olub. Buraya gəlişimdən əvvəl bizim təkbətək görüşümüzdə Prezident Vuçiç məndən aşağıdakı mesajları Sizə çatdırmağımı xahiş etdi".

"Report" xəbər verir ki, bunu Serbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljeviç mayın 3-də Prezident İlham Əliyev tərəfindən etimadnaməsi qəbul edilərkən deyib.

"İlk növbədə, Prezident Vuçiç Sizə ən səmimi salamlarını çatdırır və Sizə möhkəm can sağlığı, xoşbəxtlik, xalqınız və ölkəniz üçün gördüyünüz hər bir işdə uğurlar arzulayır. Prezident Vuçiç şəxsən Sizinlə dostluğu və dövlətlərimiz arasındakı dostluğu yüksək qiymətləndirir. O, Serbiya Respublikasının dost Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü tam şəkildə dəstəklədiyini xüsusi vurğuladı, ölkələrimiz arasındakı mövcud strateji tərəfdaşlığı yüksək qiymətləndirdiyini və onu qoruyub saxlamaq, daha da gücləndirmək arzusunda olduğunu bildirdi. Prezident məndən dövlətlərimiz arasında əməkdaşlığın yüksək səviyyədə, həmçinin yüksək siyasi səviyyədə daha da təşviq etdirilməsində yaxından iştirak etməyimi xahiş etdi" - səfir bildirib.

Son xəbərlər

Orphus sistemi