Senatın komitəsi ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədi təsdiq edib

Senatın komitəsi ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədi təsdiq edib Bakı. 14 dekabr. REPORT.AZ/ ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsi Örl Litzenbergerin bu ölkənin Azərbaycandakı səfiri vəzifəsinə namizədliyini təsdiq edib.
Xarici siyasət
129
14 Dekabr , 2018 02:17
Senatın komitəsi ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədi təsdiq edib

Bakı. 14 dekabr. REPORT.AZ/ ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsi Örl Litzenbergerin bu ölkənin Azərbaycandakı səfiri vəzifəsinə namizədliyini təsdiq edib. 

“Report” xəbər verir ki, dekabrın 13-də Senatın Beynəlxalq Əlaqələr Komitəsində Ö.Litzenbergerin Azərbaycandakı səfir vəzifəsinə namizədliyinin təsdiqlənməsi ilə bağlı səsvermə keçirilib.

Senatorlar ABŞ Prezidenti Donald Tramp tərəfindən namizədliyi irəli sürülən diplomatın səfir təyin edilməsini dəstəkləyiblər. 

Senat həmçinin ABŞ-ın Emənistandakı səfiri vəzifəsinə Linn Treysinin namizədliyini təsdiqləyib.

ABŞ-ın Azərbaycandakı səfiri olmuş Robert Sekutanın diplomatik missiyası bu ilin mart ayında başa çatıb.

Xatırladaq ki, Ö.Litsenberger əvvəllər Almaniya Marşal Fondunda baş elmi işçi, ABŞ-ın NATO-dakı missiyası rəhbərinin müavini, NATO-nun Əfqanıstan üzrə ali mülki nümayəndəsinin müavini, ABŞ-ın Serbiyadakı və Qırğız Resbublikastandakı səfirinin müavini vəzifələrində çalışıb. Ö.Litsenberger hazırda ABŞ Dövlət Departamentinin Hərbi-Siyasi Məsələlər Bürosunda baş müşavirdir.

E.Litzenberger fransız, rus, serb və bolqar dillərini bilir.

Son xəbərlər

Orphus sistemi