Şəfiyev: “Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının inkişafı üçün böyük potensial var”

Xarici siyasət
  • 13 fevral, 2023
  • 13:31
Şəfiyev: “Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının inkişafı üçün böyük potensial var”

“Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı üçün böyük potensial var”.

“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında əməkdaşlığa həsr olunmuş vebinarda deyib.

Onun sözlərinə görə, Azərbaycan bir çox layihələrin mərkəzindədir.

“Bir çox enerji layihələri var, lakin təhlükəsizlik məsələləri hər şeydən üstündür. Biz hələ də hesab edirik ki, Avropanın, Cənubi Qafqazın təhlükəsizliyinin təməl daşı ərazi bütövlüyü ilə bağlı prinsiplərdir. Ukraynadakı müharibə bunun nə qədər vacib olduğunu bir daha göstərib”, - F.Şəfiyev bildirib.