Səfirlik: ABŞ Azərbaycanın insan alverinə qarşı mübarizəsini dəstəkləməyə davam edəcək

Səfirlik: ABŞ Azərbaycanın insan alverinə qarşı mübarizəsini dəstəkləməyə davam edəcək ABŞ Dövlət Departamenti Azərbaycanın insan alverinə qarşı mübarizəsini dəstəkləməyə davam edəcək.
Xarici siyasət
1 sentyabr 2022 22:09
Səfirlik: ABŞ Azərbaycanın insan alverinə qarşı mübarizəsini dəstəkləməyə davam edəcək

ABŞ Dövlət Departamenti Azərbaycanın insan alverinə qarşı mübarizəsini dəstəkləməyə davam edəcək.

Bu barədə “Report” ABŞ-ın Azərbaycandakı Səfirliyinə istinadən xəbər verir.

Səfirlikdən bildirilib ki, Birləşmiş Ştatlar və Azərbaycan insan alveri ilə məşğul olanları mühakimə etmək, qurbanları mühafizə etmək və insan alveri hallarının qarşısını almaq kimi sahələrdə fəaliyyət göstərərək insan alverinə qarşı mübarizə aparır.

ABŞ-ın müvəqqəti işlər vəkili Hüqo Gevara Azərbaycanın Daxili İşlər Nazirliyinin insan alveri qurbanlarının təhlükəsizliyini təmin etmək məqsədilə təşkil etdiyi sığınacağı ziyarət edib. Dövlət Departamenti və “USAID/Azerbaijan” Azərbaycan hökumətinin insan alverinə qarşı mübarizə səylərini dəstəkləməyə davam edəcək.

Son xəbərlər

Orphus sistemi