Səfir Gürsəl İsmayılzadə Yaponiya xarici işlər nazirinin müavini ilə görüşüb

Xarici siyasət
  • 29 iyul, 2015
  • 14:13
Səfir Gürsəl İsmayılzadə Yaponiya xarici işlər nazirinin müavini ilə görüşüb

Bakı. 29 iyul. REPORT.AZ/ Azərbaycanın Yaponiyadakı səfiri Gürsəl İsmayılzadə bu ölkənin xarici işlər nazirinin parlamentdəki müavini Kentaro Sonoura ilə görüşüb.

Bu barədə "Report"a Azərbaycanın Yaponiyadakı səfirliyindən bildiriblər.

Məlumata əsasən, görüşdə Azərbaycan-Yaponiya ikitərəfli əlaqələri də daxil olmaqla geniş spektrli məsələlər müzakirə edilib.