Səfir: “Gürcüstan Prezidentinin Azərbaycana səfəri münasibətlərin möhkəmləndirilməsinə töhfə verəcək”

Səfir: “Gürcüstan Prezidentinin Azərbaycana səfəri münasibətlərin möhkəmləndirilməsinə töhfə verəcək” Tbilisi. 26 fevral. REPORT.AZ/ “Gürcüstan Prezidenti Salome Zurabişvilinin Azərbaycana səfəri iki ölkə arasındakı münasibətlərin dərinləşməsinə və möhkəmləndirilməsinə töhfə verəcək”.
Xarici siyasət
26 Fevral , 2019 13:38
Səfir: “Gürcüstan Prezidentinin Azərbaycana səfəri münasibətlərin möhkəmləndirilməsinə töhfə verəcək”

Tbilisi. 26 fevral. REPORT.AZ/ “Gürcüstan Prezidenti Salome Zurabişvilinin Azərbaycana səfəri iki ölkə arasındakı münasibətlərin dərinləşməsinə və möhkəmləndirilməsinə töhfə verəcək”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze bildirib.

Diplomat deyib ki, Gürcüstan və Azərbaycan arasında siyasi münasibətlər dinamik olaraq inkişaf edir: “İki ölkə arasında iqtisadi, ticari, mədəni və humanitar münasibətlər də yüksək səviyyədədir. Azərbaycan Gürcüstanın ən əsas ticarət tərəfdaşlarından biridir. Yeni layihələrin həyata keçirilməsi və investisiya siyasətinin gücləndirilməsi planlaşdırılır. Gürcüstanın dövlət başçısı Azərbaycan tərəfi ilə bütün əhəmiyyətli məsələləri müzakirə edəcək”.

Qeyd edək ki, S.Zurabişvili fevralın 27-də Azərbaycana rəsmi səfər edəcək. Səfər çərçivəsində prezident yüksək səviyyəli görüşlər keçirəcək. Onun həmçinin Azərbaycanda yaşayan gürcüstanlı tələbələr və biznes sektorunun nümayəndələri ilə də görüşləri nəzərdə tutulub.

Səfər fevralın 28-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi