Səfir Elman Abdullayev etimadnaməsini Efiopiya prezidentinə təqdim edib

Səfir Elman Abdullayev etimadnaməsini Efiopiya prezidentinə təqdim edib Görüşdə həmçinin, müxtəlif sahələrdə perspektiv əməkdaşlıq imkanları müzakirə olunub
Xarici siyasət
24 Dekabr , 2014 09:22
Səfir Elman Abdullayev etimadnaməsini Efiopiya prezidentinə təqdim edib

Bakı. 24 dekabr. REPORT.AZ/ Azərbaycanın Efiopiya Federativ Demokratik Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elman Abdullayev etimadnaməsini Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti cənab Mulatu Teşomeyə təqdim edib.

Bu barədə “Report”a Azərbaycan XİN-in mətbuat xidmətindən bildirilib.

Efiopiya Prezidenti ilə keçirilmiş görüşdə səfir Elman Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Mulatu Teşomeyə çatdırıb. Azərbaycanın Afrika qitəsinin mühüm ölkələrindən biri olan Efiopiya ilə münasibətlərin inkişafında və bir sıra sahələrdə, o cümlədən iqtisadiyyat, humanitar, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edən Elman Abdullayev iki ölkə arasındakı münasibətlərin yeni müstəviyə qaldırılması üçün böyük potensialın mövcud olduğunu bildirib.

Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Mulatu Teşome öz növbəsində salamlarının və ehtiramının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edib. Efiopiya Prezidenti Mulatu Teşome ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini, Azərbaycanın sürətli inkişafının ona böyük təəssürat bəxş etdiyini və Azərbaycanın onun üçün xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib. Efiopiya Prezidenti Elman Abdullayevə fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə həmçinin, müxtəlif sahələrdə perspektiv əməkdaşlıq imkanları müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi