Səfir Dan Stav İsrail şirkətləri ilə Azərbaycanda birgə müəssisələrin yaradılması imkanlarını müzakirə edəcək

Səfir Dan Stav İsrail şirkətləri ilə Azərbaycanda birgə müəssisələrin yaradılması imkanlarını müzakirə edəcək İsrailin ölkəmizdəki səfiri Azərbaycanın şimal-qərb bölgəsinə səfər edib
Xarici siyasət
26 Avqust , 2016 11:18
Səfir Dan Stav İsrail şirkətləri ilə Azərbaycanda birgə müəssisələrin yaradılması imkanlarını müzakirə edəcək

Bakı. 26 avqust. REPORT.AZ/ İsrailin Azərbaycandakı səfiri Dan Stav ölkəmizin şimal-qərb bölgəsinə səfər edib.

İsrail səfirliyindən "Report"a verilən məlumata görə, səfir Şəki, Qax, Zaqatala və Balakən rayonlarına səfər edib. Səfər çərçivəsində diplomat bu rayonların icra hakimiyyəti başçıları ilə görüşlər keçirib.

Səfərin məqsədi müxtəlif sferalarda, xüsusilə də kənd təsərrüfatı, turizm və tibb sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etmək olub.

D.Stav görüşlərdə qeyd edib ki, Azərbaycan iqtisadiyyatının diversifikasiyasının və xarici investorları cəlb edilməsinin əhəmiyyətini tam anlayır. Diplomat səfərin yekununda əldə etdiyi informasiyanı İsrail sərmayədarları və şirkətlər ilə bölüşəcəyini və onlarla Azərbaycanın bu regionunda birgə müəssisələrin yaradılmasının mümkünlüyünü müzakirə edəcəklərini bildirib.

Səfər zamanı D.Stav, həmçinin bu rayonlarda yaradılmış bir sıra müəssisələrə baş çəkib.

Təəssüratları barədə danışan səfir bildirib ki, getdiyi bölgədə müxtəlif dini və etnik qrupların tolerant şəkildə, yanaşı həyat sürməsi onda böyük təəssürat oyadıb. O, Şəkinin Kiş kəndində tarixi Alban kilsələrini, eləcə də Balakəndə mərkəzi məscidi ziyarət edib.

Son xəbərlər

Orphus sistemi