"Böyük Britaniya və Azərbaycanın hüquq mühafizə orqanları narkotik vasitələrin beynəlxalq sərhədlərdən keçirilməsinə qarşı mübarizədə sıx əməkdaşlıq edir".
"Report" xəbər verir ki, bunu Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld tviterdə yazıb.
O, bu günün - 26 iyun tarixinin Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü kimi qeyd olunduğunu xatırladıb.