Səfir: "Azərbaycan xalçaları dünyada çox məşhurdur" - FOTO - VİDEO - YENİLƏNİB

Xarici siyasət
  • 27 fevral, 2019
  • 15:55
Səfir: Azərbaycan xalçaları dünyada çox məşhurdur - FOTO - VİDEO - YENİLƏNİB

Video əlavə olunub


***17:27

Ağdam. 27 fevral. REPORT.AZ/ Ağdam rayonuna səfər edən xarici diplomatlar "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Ağdam filialında olublar.

"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib ki, Azərbaycanda xalçaçılıq sənətinə qədimdən bu günə qədər böyük maraq olub: "Burada xalçalarının toxunmasını görmək bizim üçün çox xoş oldu. Qarabağ xalçalarının xüsusi rəngləri və naxışları bir başqa gözəldir. Xalçaçılıq türklərə aid olan özəl bir sənət növüdür. Bu sənətin yaradılması və buna sahib çıxılması xüsusi ilə Azərbaycanda bu qədər inkişaf etdirilməsi hamımız üçün sevindiricidir".

Qeyd edək ki, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusların nümayəndələrinin Xarici İşlər Nazirliyinin (XİN) təşkilatçılığı ilə Ağdam rayonuna səfər ediblər. Xarici diplomatlar əvvəlcə Ağdam rayonunun girişindəki "Şəhidlər" abidə kompleksini ziyarət edib, Bayraq Meydanı və Bayraq Muzeyi ilə tanış olublar.

Səfər çərçivəsində qonaqların “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Ağdam filialı, Muğam Mərkəzi, Qarabağ Atçılıq Kompleksi ilə tanış olmaları, məcburi köçkünlərlə görüşləri nəzərdə tutulur.

Səfir: "Azərbaycan xalçaları dünyada çox məşhurdur" - FOTO - VİDEO - YENİLƏNİB

44 filmi