"Azərbaycan və MİKTA ölkələri (Meksika, İndoneziya, Koreya Respublikası, Türkiyə, Avstraliya) geniş əməkdaşlıq spektrinə malikdir. Belə ki, Azərbaycan və MIKTA arasında ticarət dövriyyəsi 2013-2018-ci illər ərzində 3,7 milyard dollar təşkil edib".
"Report" xəbər verir ki, bunu Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini MİKTA ölkələrinin Bakıdakı film festivalına həsr olunan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu gün MİKTA ölkələrinin ümumi ÜDM-i, təxminən, 6,2 milyard dollar təşkil edir: "Bu, həcmə görə dünyada dördüncü olmaq deməkdir. Eyni zamanda, bu ölkələrdə dünya əhalisinin dörddə biri yaşayır".
Qeyd edək ki, "orta güclər" adlandırılan beş ölkənin birləşməsi olan MİKTA-nın yaradılması barədə razılıq 2013-cü il sentyabrın sonunda