Yuxarı

Səfir: "Azərbaycan və Latviya arasında yaxşı münasibətlər var"

Bakıda Latviyanı duyun tədbiri keçirilir

Bakı. 25 noyabr. REPORT.AZ/ "Azərbaycan və Latviya arasında ən yüksək səviyyədə yaxşı münasibətlər var".

"Report" xəbər verir ki, bunu Latviyanın Azərbaycandakı səfiri keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, belə əlaqələrin mövcudluğu iki ölkə arasında digər sahələrdə də əlaqələri inkişaf etdirməyə kömək edir.

O, həmçinin yaxınlarda Latviyada bu ölkənin səfirlərinin görüşünün keçirildiyini və bu görüşdə səfirlərin həm də iqtisadi sahədə səylə çalışmalı olduğunun vurğulanmasını qeyd edib. Bu baxımdan o, Latviyadan olan geniş biznes nümayəndələrinin də qatıldığı "Latviyanı duyun" tədbirinin uğurlu başlamasını xüsusi qey edib.

Qeyd edək ki, hazırda Bakıda Latviyada istehsal olunan məhsulların nümayiş etdirildiyi "Latviyanı duyun" tədbiri keçirilir. Tədbir çərçivəsində Latviya və Azərbaycanın iş adamları bir-birilə əlaqələr qurmaq imkanına malik olacaq, "dəyirmi masa" təşkil olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi