Səfir: "Azərbaycan və İraq neft-qaz, energetika sahəsində Anlaşma Memorandumu imzalayacaq"

Xarici siyasət
  • 29 may, 2018
  • 08:30
Səfir: Azərbaycan və İraq neft-qaz, energetika sahəsində Anlaşma Memorandumu imzalayacaq
İraqın Azərbaycandakı səfiri Fadhi Avad Cebur əl-Şuvayli
Report

Bakı. 29 may. REPORT.AZ/ "Azərbaycan və İraq neft-qaz, energetika sahələrində Anlaşma Memorandumu imzalayacaq".

Bunu "Report"a müsahibəsində İraqın Azərbaycandakı səfiri Fadhi Avad Cebur əl-Şuvayli deyib.

"Azərbaycandan iki tərəf arasında neft-qaz və energetika sektorunda sənədin imzalanma tarixini müəyyənləşdirmək üçün rəsmi təsdiq almışıq", - səfir bildirib.