Yuxarı

Səfir Abbasəli Həsənov Tacikistanın Narkotiklərə Qarşı Nəzarət Agentliyinin sədri ilə görüşüb

Bu sahədə səyləri birləşdirmək çox faydalı olardı

Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənovla Tacikistan hökuməti yanında Narkotiklərə Qarşı Nəzarət Agentliyinin sədri Salimzoda Şerxon arasında görüş keçirilib.

Bu barədə "Report"a Azərbaycanın Tacikistandakı səfirliyindən məlumat verilib.

A.Həsənov yeni təyinat münasibətilə S.Şerxonu təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə iki ölkənin prezidentləri İlham Əliyev və Emoməli Rahmon arasında səmimi dostluq əlaqələrinin mövcud olmasının ikitərəfli münasibətlərin hərtərəfli inkişaf etdirilməsi üçün böyük rol oynadığı qeyd olunub.

Səfir A.Həsənov söhbətində bildirib ki, Azərbaycanla Tacikistan arasında coğrafi uzaqlığa baxmayaraq xalqlarımız arasında qədim dövrlərdən bu günə qədər mehriban münasibətlər qorunub saxlanılıb, ədəbi-mədəni və ticarət əlaqələri davam etdirilib.

"Bizim Azərbaycanla bir neçə narkotik maddələrin qeyri-qanuni daşınması və yayılmasına qarşı müvafiq beynəlxalq təşkilatlarda əməkdaşlığımız mövcuddur", - S.Şerxon bildirib.

Səfir A.Həsənov deyib ki, birbaşa əlaqələrin genişlənməsi üçün müvafiq sənədlərin imzalanmasına ehtiyac duyulur: "Narkotik maddələrin hər növü ümumiyyətlə bəşəriyyət üçün, o cümlədən hər iki ölkə əhalisi üçün böyük təhlükə və bəladır. Ona görə bu sahədə səyləri birləşdirmək çox faydalı olardı". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi