Bakı. 16 oktyabr. REPORT.AZ/ "2018-ci il Azərbaycan-Türkiyə münasibətləri baxımından çox vacib il olub. Bu il Azərbaycan Demokratik Respublikasının yaradılmasının və Bakının Qafqaz İslam Ordusu tərəfindən azad edilməsinin 100 illiyi qeyd olunur".
"Report" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Qafqaz İslam Ordusunun Bakını erməni işğalından azad etməsinin 100 illiyinə həsr olunmuş rəsm sərgisinin açılışında deyib.
Səfir qeyd edib ki, bu gün bu tarixin əhəmiyyətini dərk etmək və gələcək nəsillərə müstəqillik uğrunda mübarizənin tarixini ötürmək vacibdir.
"Bu gün təqdim olunan 27 müəllifin rəsmlərində yalnız tarixin bir parçası yox, həm də xalqlarımızın qardaşlığı və birliyinin sübutu əks olunub", - səfir söyləyib.