"Seçkilər"i tanımayan Avropanın Qarabağ erməniləri arasında "lider" axtarışı

"Seçkilər"i tanımayan Avropanın Qarabağ erməniləri arasında "lider" axtarışı Avropa İttifaqı rəsmiləri sentyabrın 9-da Azərbaycanın Qarabağ bölgəsində keçirilmiş qondarma “seçkilər"i tanınmaması bağlı bəyanatla çıxış edib.
Xarici siyasət
9 Sentyabr , 2023 21:06
Seçkiləri tanımayan Avropanın Qarabağ erməniləri arasında lider axtarışı

Avropa İttifaqı rəsmiləri sentyabrın 9-da Azərbaycanın Qarabağ bölgəsində keçirilmiş qondarma “seçkilər"i tanınmaması ilə bağlı bəyanatla çıxış edib.

“Report” xəbər verir ki, bəyanatda Avropa İttifaqı "seçkinin" keçirildiyi konstitusiya və hüquqi çərçivəni tanımadığını qeyd edib.

“Eyni zamanda, Aİ hesab edir ki, Qarabağ ermənilərinin Bakı ilə nəticəyönümlü müzakirələr aparmağa qadir və buna hazır olan de-fakto liderlik ətrafında cəmləşməsi vacibdir. Aİ bu prosesi dəstəkləməyə sadiqdir”, – bəyanatda deyilir.

Bəyanat onu göstərir ki, Avropa İttifaqının Cənubi Qafqaz siyasəti ənənəvi olaraq ikili standartlardan kənara çıxmır. 30 ildir Azərbaycana münasibət məhz ikili standartlardan qaynaqlanır. Ermənistanla Azərbaycan liderləri arasında Avropa İttifaqının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən görüşlər, sülh danışıqlarının aparılması, nəhayət, iki ölkənin sülh sazişinə yaxınlaşdığına ümid yaratmışdı. Ancaq təəssüf ki, Ermənistan hakimiyyəti Avropa İttifaqı platformasında danışıqların faktiki olaraq dayanması üçün qeyri-konstruktiv mövqe tutmağa başladı. Ermənistan sülh istəmədiyini açıq şəkildə nümayiş etdirdi və Qarabağdakı separatçı rejimi qızışdırmaqla məşğuldur. Avropa İttifaqı isə Ermənistana sülh danışıqlarına çağırış ünvanlamaqdansa, Qarabağda "separatçı lider" axtarışındadır. Çünki Avropa İttifaqı regionda silahlı toqquşmanın olmamasını, sülhün yaranmasını səmimi istəyirsə, Ermənistanla ciddi iş aparmalı, İrəvana təsir göstərməlidir.

Avropa İttifaqının ikili yanaşmasına daha bir misal isə bir neçə ay əvvəl Aİ Şurasının Prezidenti Şarl Mişelin Xankəndiyə Ağdam vasitəsilə yardımların daşınmasını dəstəkləməsinə baxmayaraq, sonradan qurumun digər səlahiyyətlisi Josep Borelin erməni tərəfinin yaydığı saxta təbliğat və siyasi manipulyasiyalara əsaslanaraq, Laçın yolunu "blokada" adlandırmasıdır.

Azərbaycan heç bir halda Xankəndini blokadada saxlamır. Dünyanın əksər ölkəsi kimi öz ərazisində sərhədlərə nəzarəti həyata keçirir. Nəzərə alsaq ki, məhz Laçın yolu vasitəsilə Qarabağa silah-sursat daşınır, separatizm ayaqda saxlanılır, Azərbaycanın istənilən addımı qəbulediləndir. BMT Nizamnaməsinin 51-ci maddəsi Azərbaycana hüquq verir ki, təhlükəsizliyinə qarşı təhdid yarandığı halda müvafiq addımlar atsın.

Ayrıca olaraq, rəsmi Bakı Ağdam-Xankəndi yolu ilə ermənilərə yüklərin çatdırılmasını təklif edib. Hətta alternativ marşrutları da gündəmə gətirib. Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Josep Borelin "Ağdam-Xankəndi marşrutu Laçın yolunu əvəz etmir" kimi düşüncəsi göstərir ki, onların məqsədi Azərbaycan ərazisində separatçılığı saxlamaqdan ibarətdir. Ümumiyyətlə, Avropanın Ermənistan siyasi rəhbərliyi ilə birgə yanaşması ondan ibarətdir ki, Azərbaycan ərazisindəki ermənilər üzərindən manipulyasiya etsinlər.

Bu ikili standartlar Azərbaycana qarşı qərəzli mövqedən xəbər verir. Məlumdur ki, Aİ xristian ölkələrindən ibarət olan birlikdir. Həmin birlikdə ancaq xristian ölkələrinin hüquqları qorunur. Avropadan dəfələrlə eşitmişik ki, Qarabağdakı ermənilərin vəziyyəti beynəlxalq mexanizmlərin köməyi ilə müəyyənləşdirilməlidir. Azərbaycan isə bununla bağlı öz mövqeyini birmənalı ortaya qoyub. Bu məsələ daxili işimizdir və heç kimlə müzakirə etmək fikrində deyilik.

Son xəbərlər

Orphus sistemi