Hökumətdəki "şatdaun" ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən viza verilməsi prosesinə təsir etməyib

Hökumətdəki "şatdaun" ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən viza verilməsi prosesinə təsir etməyib Bakı. 26 dekabr. REPORT.AZ/ Amerika hökumətinin işinin müvəqqəti dayandırılması (şatdaun) ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən viza verilməsi prosesinə təsir etməyib.
Xarici siyasət
26 Dekabr , 2018 17:30
Hökumətdəki şatdaun ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən viza verilməsi prosesinə təsir etməyib

Bakı. 26 dekabr. REPORT.AZ/ Amerika hökumətinin işinin müvəqqəti dayandırılması ("şatdaun") ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən viza verilməsi prosesinə təsir etməyib.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən bildiriblər.

"Hazırda pasport və viza xidmətləri federal hökumətin işinin müvəqqəti dayandırılması zamanı davam etdiriləcək. Səhifəmiz fövqəladə hallar və təhlükəsizliyə dair məlumatların çatdırılması istisna olmaqla, əməliyyatlar tam bərpa olunana qədər yenilənməyəcək", - məlumatda deyilir.

Daha əvvəl demokratlar və respublikaçıların büdcəni razılaşdıra bilməməsinə görə ABŞ hökumətinin işini qismən dayandırdığı xəbər verilib.

ABŞ-da "şatdaun"un nəticəsi olaraq, milli parkların bir hissəsi, bəzi görməli yerlər bağlanıb, bir sıra dövlət qurumlarının əməkdaşları isə bayramları ofisdə keçirmək məcburiyyətində qalıb. Aviadispetçerlər, hüquq-mühafizə orqanları, FTB, gömrük orqanları əməkdaşları və bir çox digər işçilər pulsuz işləməli olublar.

Bununla yanaşı, ABŞ Prezidenti Donald Tramp demokratların Konqresdə Meksika ilə sərhəddə divar tikintisinin maliyyələşdirilməsini təsdiq etmədiyi müddətdə hökumətin tam işinə qayıtmayacağını söyləyib. 

Son xəbərlər

Orphus sistemi