San-Fransisko şəhəri Azərbaycanın Müstəqillik Günü ilə bağlı bəyannamə qəbul edib

San-Fransisko şəhəri Azərbaycanın Müstəqillik Günü ilə bağlı bəyannamə qəbul edib Bakı. 16 oktyabr. REPORT.AZ/ ABŞ-ın San-Fransisko şəhəri və vilayətinin Nəzarətçilər Şurası 18 oktyabr - Azərbaycan Respublikasının Müstəqillik Günü ilə əlaqədar təbrik bəyannaməsi qəbul edib.
Xarici siyasət
16 Oktyabr , 2018 10:07
San-Fransisko şəhəri Azərbaycanın Müstəqillik Günü ilə bağlı bəyannamə qəbul edib
0 : 00
0 : 00

Bakı. 16 oktyabr. REPORT.AZ/ ABŞ-ın San-Fransisko şəhəri və vilayətinin Nəzarətçilər Şurası 18 oktyabr - Azərbaycan Respublikasının Müstəqillik Günü ilə əlaqədar təbrik bəyannaməsi qəbul edib.

"Report"un məlumatına görə, sənəd Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna göndərilib. 

Nəzarətçilər Şurasının bütün üzvlərinin imzaladığı bəyannamədə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı və regionda demokratiyanın yayılması və inkişafına önəmli töhfələr verərək böyük nailiyyətlərə imza atdığı vurğulanıb.

Daha sonra sənəddə San-Fransisko sakinləri və Nəzarətçilər Şurası adından Azərbaycan Respublikasının Müstəqillik Günü təbrik edilib.

Qeyd edək ki, ABŞ-ın və Kaliforniyanın ən böyük şəhərlərindən olan San-Fransisko Şimali Kaliforniyanın əsas mədəniyyət, təhsil, maliyyə və iqtisadi mərkəzidir. 900 minə yaxın əhalisi olan şəhər ABŞ-da əhalinin ən sıx məskunlaşdığı ikinci böyük şəhərdir. 

Son xəbərlər

Orphus sistemi