Salim bin Məhəmməd əl-Malik: Bu gün olduğu kimi, gələcəkdə də ICESCO Azərbaycana davamlı dəstək göstərəcək

Salim bin Məhəmməd əl-Malik: Bu gün olduğu kimi, gələcəkdə də ICESCO Azərbaycana davamlı dəstək göstərəcək ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.
Xarici siyasət
25 May , 2024 11:58
Salim bin Məhəmməd əl-Malik: Bu gün olduğu kimi, gələcəkdə də ICESCO Azərbaycana davamlı dəstək göstərəcək

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

"Report"un məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri.

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) adından və şəxsən öz adımdan 28 May - Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük şərəf hissi duyuram.

ICESCO üzv ölkələrlə qəti birlik nümayiş etdirərək xalqınızın bu əlamətdar günündə sevincinizə şərik olduğunu xüsusi vurğulayır.
Biz Sizinlə və xalqınızla birlikdə bu əziz bayramı qeyd edirik.

Bu gün olduğu kimi, gələcək illərdə də ICESCO-nun davamlı dəstəyinə və əməkdaşlığına əmin ola bilərsiniz.

Zati-aliləri, ən yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirik".

Son xəbərlər

Orphus sistemi