Sadır Japarov Azərbaycanın biznes dairələrini ölkəsinin investisiya imkanlarını öyrənməyə çağırıb
- 20 aprel, 2022
- 09:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycanın biznes dairələrini ölkəsinin investisiya imkanlarını fəal şəkildə öyrənməyə çağırıb.
“Report” Qırğız Respublikası Prezidentinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, bu barədə Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüş zamanı bildirib.
O, Azərbaycanın biznes dairələrini əsas diqqəti azad iqtisadi zonalara, güzəştli vergi və gömrük rejimlərinə yönəltməyə çağırıb.
Onun sözlərinə görə, bu imkanlar işgüzar əməkdaşlığın fəallaşmasına töhfəsini verir.
“Hazırda qarşılıqlı münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə qaldırmaq üçün münbit şərait yaranıb. Bu səbəbdən iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulması ilə bağlı Qırğız Respublikasının təklifini dəstəklədiyinizə görə sizə səmimi minnətdarlığımı bildirirəm”, - o deyib.