“Azərbaycan Prezidenti İlham Əliyev nadir şəxsiyyətdir. Böyük atası, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin vəsiyyətinə əməl edərək ölkəsini iqtisadi cəhətdən ən qabaqcıl ölkələrdən birinə çevirib”.
Bunu “Report”un Rusiya bürosuna Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutskiy bildirib.
O, Azərbaycanın dövlət başçısını 60 illik yubileyi münasibətilə təbrik edib, ona uzun ömür, cansağlığı, müvəffəqiyyətlər arzulayıb.
Rusiyalı deputat Qarabağ münaqişəsinin həllində İlham Əliyevin mühüm töhfələrini diqqətə çatdırıb: “Bu qanlı münaqişənin sonrakı nəsillərin üzərinə qoymadan həlli çox vacib idi. İlham Əliyev daha da irəli gedərək düşmənlərini məhv edə bilərdi, amma sülhpərvər məramını ortaya qoyaraq bunu etmədi, yalnız zəruri olanla kifayətləndi. Bu da onun müdrikliyidir. Onun töhfəsi çox böyükdür”.
Azərbaycan - Rusiya münasibətlərindən danışan L.Slutskiy rəsmi Bakını Moskvanın ən etibarlı tərəfdaşı kimi dəyərləndirib: “İlham Əliyev və Mehriban xanım Əliyeva bir sıra mühüm layihələrin təşəbbüsünü irəli sürərək onları həyata keçiriblər. Prezident İlham Əliyev doğma xalqını, ölkəsini bundan sonra da davamlı, sürətli inkişaf yolu ilə aparmaq üçün bütün keyfiyyətlərə malikdir. Münasibətlərimiz ilbəil daha da möhkəmlənir”.