“3+3" formatlı regional əməkdaşlıq platformasının işə salınması Cənubi Qafqazın iqtisadi inkişafına güclü təkan verəcək”.
Bunu “Report”a rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov bildirib.
“3+3" formatı daha çox iqtisadi sazişdir. Nəqliyyat yollarının açılması region ölkələrinin iqtisadiyyatına güclü təkan verməklə bütövlükdə Avrasiyanın inkişafına töhfədir” – politoloq qeyd edib.
Markovun fikrincə, Azərbaycan və Türkiyə prezidentlərinin irəli sürdüyü "3+3" regional mexanizmi həm nəqliyyat yollarının inkişafı, həm də irimiqyaslı enerji və turizm layihələrinin həyata keçirilməsi baxımdan böyük imkanlara malikdir.
Sözügedən platformanın tətbiqi ilə Türkiyə ilə Ermənistan arasında münasibətlərin də yoluna qoyulmasına töhfə veriləcəyi qeyd olunub.