Rusiyalı deputat: "Xocalıda törədilənlər dəhşətli vəhşilikdir"

Rusiyalı deputat: "Xocalıda törədilənlər dəhşətli vəhşilikdir" Dmitri Savelyev: "Xocalı hadisələrinin Rusiyada soyqırım kimi tanınması üzərində çalışmaq lazımdır"
Xarici siyasət
26 Fevral , 2019 14:57
Rusiyalı deputat: Xocalıda törədilənlər dəhşətli vəhşilikdir
Report/Firi Salim

Bakı. 26 fevral. REPORT.AZ/ "Hesab edirəmn ki, Xocalı hadisələrinin, orada baş vermiş qırğının Rusiyada soyqırım kimi tanınması üzərində çalışmaq lazımdır. Bu faciəni hamımız öz faciəmiz kimi qəbul edirik. Onun tanınması üzərində çalışmalıyıq".

"Report" xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya qarşı Mübarizə Komitəsinin sədr müavini Dmitri Savelyev deyib.

"Xocalıda törədilənlər dəhşətli vəhşilikdir. Günahsız qocalar, qadınlar, uşaqlar öldürülüb. Uşaqlar ölüb, deməli, həm də onların uşaqları, uşaqlarının uşaqları ölüb. Azərbaycanın gələcəyinin bir qismi ölüb", - D.Savelyev deyib.

Onun sözlərinə görə, bu gün dünyada bu dəhşətli cinayətin tanınması üzrə proseslər gedir.

Son xəbərlər

Orphus sistemi