Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci ildönümü qeyd edilib.
“Report”un Rusiya bürosunun məlumatına görə, mərasim Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən təşkil olunub.
Tədbirdə iştirak edən Rusiyanın və Azərbaycanın tanınmış ictimaiyyət və siyasət nümayəndələri,
Tədbir Heydər Əliyevin həyatından bəhs edən filmin nümayişi ilə başlayıb. Çıxış edən Azərbaycanın Rusiyadakı səfiri
Çıxış edən Rusiya Prezidentinin Xəzər regionu ölkələri ilə humanitar və iqtisadi əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov, MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev də qonaqlar qarşısında xatirələrini bölüşərək Heydər Əliyevin siyasət məktəbinin müəllimi olduğunu bildiriblər. Şimali Qafqaz üzrə nazir Sergey Çebataryev, Dövlətlərarası aviasiya komitəsinin sədri Tatyana Anodina, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şıvıdkoy isə çıxışlarında Heydər Əliyevin xatirəsinin yaşadığını, hazırkı dövürdə Azərbaycandan kənarda onun adına kücələrin verilməsini, heykəllərin ucaldılmasını ona olan məhəbbətin göstəricisi olduğunu qeyd ediblər. Gecənin sonunda isə Polad Bülbüloğlu rejissor Tofiq Şaxverdiyevə və müğənni Sərxan Sərxana Azərbaycanın "Xalq artisti” fəxri adının vəsiqəsi və döş nişanı təqdim edib.
İqbal Rüstəmov












