Moskvada baş verən təyyarə qəzasında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur

Moskvada baş verən təyyarə qəzasında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur Rusiya paytaxtı Moskvanın Şeremetyevo aeroportunda baş verən təyyarə qəzasında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.
Xarici siyasət
117
6 May , 2019 10:48
Moskvada baş verən təyyarə qəzasında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur

"Rusiya paytaxtı Moskvanın "Şeremetyevo" aeroportunda baş verən təyyarə qəzasında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur".

Bunu "Report"un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat katibi Leyla Abdullayeva bildirib.

Qeyd edək ki, mayın 5-də Moskvadan Murmanska uçan "Aeroflot" aviaşirkətinə məxsus "Sukhoi Superjet 100" (SSJ-100) sərnişin təyyarəsi təcili geri qayıdıb və "Şeremetyevo" hava limanına qəza enişini edən zaman yanmağa başlayıb. Yanğın nəticəsində göyərtədə olan 78 nəfərdən 41 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi