Rusiya XİN başçısı: “Cənubi Qafqaz üzrə “3+3” formatında altıtərəfli görüş hazırlanır”
Xarici siyasət
- 23 dekabr, 2022
- 12:24
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Xarici işlər nazirlikləri xətti ilə Cənubi Qafqaz üzrə “3+3” formatında altıtərəfli görüş hazırlanır”.
"Report"un Rusiya bürosunun məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
Rusiyanın xarici işlər naziri Azərbaycanın təşəbbüsü ilə yaradılan platforma çərçivəsində bir görüşün artıq keçirildiyini, lakin Gürcüstan tərəfinin bu görüşdə iştirak etmədiyini xatırladıb.
"Biz artıq nazirlər səviyyəsində görüş hazırlayırıq. Belə görüşün keçirilməsi məqsədəuyğundur. Bu görüşün nə zaman və harada keçiriləcəyini razılaşdırmağa çalışırıq", - o deyib.
Son xəbərlər
02:15
Peskov: Putin, Tramp və Si Cinpinin görüşünün bir hissəsi mediaya açıq olacaq
Region
01:39
Millətlər Liqası: Almaniya Niderlandı, İsveçrə Şotlandiyanı darmadağın edib
Futbol
01:22
ABŞ-nin ən böyük bankları kütləvi texniki nasazlıqla üzləşib
Digər ölkələr
00:56
Lənkəranda qaz xətti zədələnib, bir sıra kəndlər qazsız qalıb
Energetika
00:30
Fidan: Qara dənizlə taxıl tədarükü ilə bağlı Rusiya və Avropayla danışıqlar aparırıq
Region
00:28
Kuşner ABŞ, Rusiya, Ukrayna və Avropa arasında genişləndirilmiş görüşə hazırlıqları açıqlayıb
Digər ölkələr
00:11
Azərbaycanda Milli Dirçəliş Günüdür
Daxili siyasət
00:06
Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım olunub
Daxili siyasət
23:51
Foto
Azərbaycan millisi Andorranı məğlub edib, Emin Mahmudov yığmada son oyununu keçirib
Futbol