​Rusiya xarici işlər naziri ATƏT DTİHB-nin Azərbaycandakı seçkilərə müşahidəçi göndərməməklə bağlı qərarını şərh edib

​Rusiya xarici işlər naziri ATƏT DTİHB-nin Azərbaycandakı seçkilərə müşahidəçi göndərməməklə bağlı qərarını şərh edib "ATƏT-in bir çox fəaliyyət istiqamətləri üzrə hüquqi bazasının olmaması qurum üçün sistemli problemlər yaradır"
Xarici siyasət
12 Oktyabr , 2015 17:34
​Rusiya xarici işlər naziri ATƏT DTİHB-nin Azərbaycandakı seçkilərə müşahidəçi göndərməməklə bağlı qərarını şərh edib

Bakı. 12 oktyabr. REPORT.AZ/ "ATƏT-in bir çox fəaliyyət istiqamətləri üzrə hüquqi bazasının olmaması qurum üçün sistemli problemlər yaradır".

"Report" xəbər verir ki, bu barədə bu gün jurnalistlərə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) qərarını şərh edərkən bildirib.

Onun sözlərinə görə, hər şey təşkilatın nizamnaməsindən başlayır, o, təşkilat adlanır, lakin qurumun təsis olunması ilə bağlı heç bir hüquqi sənəd yoxdur: "Eyni sözlər DTİHB-yə də aiddir. Biz artıq xeyli müddətdir ki, MDB-dən olan tərəfdaşlarımızla birlikdə kollektiv şəkildə oturub, Büronun praktiki fəaliyyət istiqamətinin əsas qaydalarını, o cümlədən seçkilərin monitorinqi ilə bağlı məsələləri də razılaşdırmağa çağırırıq.

Hazırkı öhdəliklər yalnız bir şeydən ibarətdir - ökələrin milli qanunvericiliyinə uyğun olaraq seçkiləri müşahidə etmək məqsədilə, o cümlədən ATƏT-dən olan müşahidəçilər də daxil olmaqla, onlara dəvət göndərilir. Orada deyilməyib ki, Azərbaycana ölkənin istədiyi kimi, 130 yox, 260 nəfər müşahidəçi göndərilməlidir, Almaniyaya yalnız 2, bir neçə yüz min vətəndaşlıq hüququ olmayan insanların yaşadığı Baltikyanı ölkələrdən birinə isə bir nəfər belə göndərməmək olar", - S. Lavrov bildirib.

Öz növbəsində, ATƏT-in baş katibi Lamberto Zanyer Azərbaycan və DTİHB arasında seçkilərdə müşahidəçilərlə bağlı razılıq əldə olunmadığına görə təəssüf hissi keçirdiyini deyib. 

Son xəbərlər

Orphus sistemi