"İnanıram ki, Rusiya-Azərbaycan Ekspert Şurasının iclası və onun nəticələri ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsinə öz töhfəsini verəcək".
"Report" xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Rusiya-Azərbaycan Ekspert Şurasının noyabrın 19-da Bakıda keçirilən iclasında deyib.
Ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayan səfir ekspert rəyinin ikitərəfli münasibətlərdə mühüm amillərdən biri olduğunu vurğulayıb: “Əlaqələrin inkişafı və mehriban münasibətlər regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasına imkan verir".
Rusiya səfiri bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında nəqliyyat və kommunikasiyaların yenidən qurulması işi aparılır: "3+3 formatı çox əhəmiyyətlidir. Demilitasiya və demarkasiya məsələlərinin həll edilməsi gündəmdə olan məsələlərdir".