"Rusiya Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) müşahidəçi statusunda qəbul olunmasını dəstəkləyir".
“Report” xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında bildirib.
“Həm Azərbaycanın, həm də Rusiyanın ŞƏT-də iştirakı iqtisadi-ticarət və mədəni sahələrdə ikitərəfli əməkdaşlığı daha da gücləndirmək üçün zəmin yaradacaq”,- o bildirib.
Onun sözlərinə görə, Azərbaycanın ŞƏT-ə qoşulması beynəlxalq aləmdə nüfuzunun gündən-günə artması ilə həmahəng olardı.
Xatırladaq ki, 2001-ci ildə təsis edilmiş Şanxay Əməkdaşlıq Təşkilatında Çin, Hindistan, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, Pakistan, Rusiya, Tacikistan təmsil olunur. Həmçinin Belarus, Əfqanıstan, İran, Monqolustan təşkilatda müşahidəçi statusuna, Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Şri-Lanka, Türkiyə isə dialoq tərəfdaşı statusuna malikdir.