Yuxarı

Rumıniyanın xarici işlər nazirinin müavini Bakıya səfər edəcək

Nazir müavinindən əlavə, ölkəmizə Rumıniyanın üçüncü prezidenti Emil Konstantinesku da gələcək

Bakı. 8 mart. REPORT.AZ/ Rumıniyanın xarici işlər nazirinin müavini Daniel İonitse Bakıya səfər edəcək.

Rumıniyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, səfər martın 10-11-də Bakıda keçiriləcək IV Qlobal Forumda iştirakla bağlıdır.

Nazir müavinindən əlavə, bu tədbirdə iştirak etmək üçün ölkəmizə Rumıniyanın üçüncü prezidenti Emil Konstantinesku da gələcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi