1994-cü ildə tutsilərə qarşı soyqırımına səbəb olan hadisələrin Fransanın təhriki ilə törədildiyini söyləmək olar.
Bunu “Report”un Ankara bürosuna müsahibəsində iqamətgahı Ankarada olan Ruandanın Azərbaycan üzrə səfiri Çarlz Kayonqun deyib.
Onun sözlərinə görə, bir çox digər müstəmləkəçi dövlətlər kimi Fransa da müstəmləkələrinə tam müstəqillik vermək istəmədi, əksinə, bu ölkələri nəzarətində saxlamaq üçün tədbirlər gördü. Bu tədbirlərdən biri də marionet liderlərin hakimiyyəti ələ almasına dəstək vermək idi.
"Ruanda Fransa tərəfindən müstəmləkəyə çevrilməsə də, fransız dilinin təsiri və coğrafi mövqeyinə görə bu dövlət ölkəmizlə yaxın münasibət qurmağa başladı. Fransanın Ruandadakı rolu 1973-cü ildə hərbi çevrilişlə hakimiyyətə gələn prezident Habyarimana rejimi dövründə diqqət mərkəzində olub.
Bu qeyd-şərtsiz dəstək prezidenti 1960-cı illərin əvvəllərində müstəqillik dövründə onlara qarşı ilk soyqırımından sonra ölkədən qaçan Ruanda qaçqınlarının, əsasən də tutsilərin yalvarışlarını rədd etməyə cəsarətləndirdi. Bu vəziyyət sürgündə olan ruandalıları 1990-cı ilin oktyabrında azadlıq müharibəsinə başlamağa təhrik etdi", - səfir qeyd edib.
O bildirib ki, bu müharibə ruandalılar ilə Ruanda Vətənpərvər Cəbhəsi (RPF) arasında daxili məsələ idi:
"Müharibəni başladan hərəkat Habyarimananın öz mövqeyini yenidən nəzərdən keçirməsinə və qaçqınların geri qayıtmasını təmin edən siyasi həll danışıqlarına səbəb olmaq üçün şok hərəkət demək idi. RPF buna görə də həmişə müharibə zamanı ortaya çıxan sülh təşəbbüslərini dəstəklədi. Bununla belə, fransızlar müttəfiqlərinin hərbi personal və texnika gətirməsini dəstəklədilər və hətta regional yaxınlarından biri, Demokratik Zairenin, indiki Konqo Demokratik Respublikasının prezidenti Marşall Mobutu Sese Sekoya Ruandaya hərbi qüvvə göndərməyi tapşırdılar.
Fransanın bu hərəkəti Habyarimananın hərbi əməliyyat kursunu davam etdirmək əzmini barışmaz hala gətirdi. Ona görə də 1994-cü ildə tutsilərə qarşı soyqırımına səbəb olan hadisələrin Fransanın təhriki ilə törədildiyini söyləmək olar".
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.