Robert Sekuta: "Azərbaycanlılar Konstitusiya ilə bağlı özləri qərar verməlidirlər"

Robert Sekuta: "Azərbaycanlılar Konstitusiya ilə bağlı özləri qərar verməlidirlər" Konstitusiya hər ölkənin ən əsas sənədidir və ona dəyişikliklər ciddi məsələdir
Xarici siyasət
15 Sentyabr , 2016 21:14
Robert Sekuta: Azərbaycanlılar Konstitusiya ilə bağlı özləri qərar verməlidirlər

Bakı. 15 sentyabr. REPORT.AZ/ "Bildiyiniz kimi Konstitusiya hər ölkənin ən əsas sənədidir və ona dəyişikliklər çox ciddi məsələdir".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

O qeyd edib ki, bununla bağlı azərbaycanlılar özləri qərar verməlidirlər. Səfir vurğulayıb ki, referendum üçün açıq sərbəst və məlumatlı şərait yaradılmalıdır: "ABŞ da seçkilər ərəfəsindədir. Mətbuata müxtəlif məlumatlar əks olunur. Demokrat quruluşin əsas göstərici odur ki, müxtəlif fikirlərin olduğu debatlar təşkil olunsun".

Son xəbərlər

Orphus sistemi