Robert Sekuta: “Azәrbaycanla güclü və müsbət әlaqәlәrin inkişafını istəyirik"

Robert Sekuta: “Azәrbaycanla güclü və müsbət әlaqәlәrin inkişafını istəyirik" ABŞ-ın Azәrbaycandakı sәfiri Robert Sekuta 4 iyul Müstəqillik gününün ildönümü ilə əlaqədar keçirilən tədbirdə çıxış edib
Xarici siyasət
2 İyul , 2015 21:02
Robert Sekuta: “Azәrbaycanla güclü və müsbət әlaqәlәrin inkişafını istəyirik

Bakı. 2 iyul. REPORT.AZ/ "ABŞ Azәrbaycanla güclü və müsbət әlaqәlәrin inkişafından yanadır vә bu istiqamәtdә işlәyir". "Report" xəbər verir ki, bu sözlәri ABŞ-ın Azәrbaycandakı sәfiri Robert Sekuta 4 iyul Müstəqillik gününün ildönümü ilə əlaqədar keçirilən tədbirdə deyib.

O xatırladıb ki, 1776-cı il iyulun 4-də ABŞ-ın Müstəqillik Bəyannaməsinin imzalandığı gündür. Azərbaycan-ABŞ münasibətlərindən danışan diplomat hər iki ölkənin birlikdə bir çox uğurlara nail olduqlarını söyləyib.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Azərbaycan Hökuməti adından Amerika xalqını milli bayram münasibətilə təbrik edib. Ölkələrimiz arasındakı diplomatik münasibətlərdən danışan nazir müavini bildirib ki, ikitərəfli əlaqələr ötən illər ərzində bir çox sahələrdə, xüsusilə iqtisadiyyat və təhlükəsizlik sahələrində inkişaf edib.

Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında qlobal, regional təhlükəsizlik sahəsində və terrorizmə qarşı mübarizədə birgə əməkdaşlıq mövcuddur.

Nazir müavini deyib ki, Cənubi Qafqazda sabitliyə mane olan Dağlıq Qarabağ münaqişəsinin həllində, regionda sülhün bərqərar olmasında ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ-ın öz səylərini artıracağına ümid edirik.

İ.İsmayılov birinci Avropa Oyunları ilə əlaqədar yaradılmış Əməliyyat Komitəsinə cəlb edilən amerikalı mütəxəssislərin fəaliyyətinin alqışlandığını bildirib.

Son xəbərlər

Orphus sistemi