Yuxarı
    Bağlamaq

    Riyad Mənsur: "Azərbaycan həm Fələstinin, həm İsrailin dostudur"

    Fələstin BMT-dəki nümayəndəsi Məbəd dağını dindarlar üçün daim açıq saxlamağa çağırıb

    Bakı. 20 iyul. REPORT.AZ/ Fələstin dövlətinin BMT-də nümayəndəsi Riyad Mənsur Bakıda keçirilən Qüds məsələsi ilə bağlı beynəlxalq konfransda Məbəd dağına (Haram-əl-Şərif) daimi girişi dəstəkləyən kommünikenin qəbul edilməsinin vacibliyini vurğulayıb.

    "Report" xəbər verir ki, onun sözlərinə görə, dindarların yolunda maneələr tamamilə aradan qaldırılmalıdır.

    "Biz belə addımların təkrar olunmayacağı ilə bağlı İsraildən zəmanət almaq istəyirik", - o, bildirib və qeyd edib ki, status-kvo qorunmalıdır.

    R.Mənsur kommünikenin konfrans iştirakçıları tərəfindən dəstəklənməsinə ümidvar olduğunu vurğulayaraq onun İsrail dövlətinə müraciətin olduğunu bildirib.

    Fələstin dövlətinin BMT-dəki nümayəndəsi əlavə edib ki, Azərbaycan həm Fələstinin, həm İsrailin dostudur və yeni ideyalar verməklə iki tərəfin yaxınlaşmasına kömək edə bilər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi