Qvatemala Konqresi Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qətnamə qəbul edib

Qvatemala Konqresi Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qətnamə qəbul edib Qətnamədə 1992-ci ilin 26 fevral tarixində Xocalı şəhərində dinc əhaliyə qarşı soyqırımı aktının törədilməsi pislənilib
Xarici siyasət
12 Oktyabr , 2015 16:11
Qvatemala Konqresi Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qətnamə qəbul edib

Bakı. 12 oktyabr. REPORT.AZ/ Qvatemala Konqresində Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul edilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Qvatemala Konqresində Azərbaycanın suveren ərazisinin istilasını və hərbi işğalını pisləyən, eləcə də münaqişənin beynəlxalq hüquq normalarına və BMT-nin qətnamələrinə uyğun olaraq sülh yolu ilə nizamlanması üçün Ermənistana çağırış edilən qətnamə səs çoxluğu ilə qəbul edilib.

Qətnamədə 1992-ci ilin 26 fevral tarixində Xocalı şəhərində dinc əhaliyə qarşı soyqırımı aktının törədilməsi pislənilib.

Sənəddə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən tərəfləri dialoqa, münaqişənin həlli üçün mexanizm hazırlamağa çağıran və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyü prinsipinə hörməti tələb edən qətnamələrin qəbul edildiyi, Qvatemalanın BMT-yə üzv dövlət kimi beynəlxalq hüquqa hörmət çərçivəsində universal dəyərlərin təmin olunmasına tərəfdar olduğu ifadə edilib.  

Son xəbərlər

Orphus sistemi