Yuxarı

Qurbanqulu Berdıməhəmmədov Azərbaycan Prezidentinə başsağlığı verib

Türkmənistan Prezidenti yanğın nəticəsində həlak olanların ailə üzvlərinə və yaxınlarına dərin kədərini ifadə edib

Bakı. 22 may. REPORT.AZ/ Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdıməhəmmədov Bakıda çoxmərtəbəli binada baş verən yanğın hadisəsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

"Report" Türkmənistan mətbuatına istinadən xəbər verir ki, Qurbanqulu Berdıməhəmmədov yanğın nəticəsində həlak olanların və yaralananların olmasından dərin kədər hissi keçirdiyini bildirib, onların ailə üzvlərinə və yaxınlarına dərin hüzünlə bağsağlığı verib, xəsarət alanlara isə tezliklə sağalmağı arzulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi