Yuxarı
    Bağlamaq

    Qubada “Sığınacağın istiqamətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi”nə dair regional təlim keçiriləcək

    Təlimin sessiyaları BMT QAK-ın və Dövlət Miqrasiya Xidmətinin QSM idarəsinin əməkdaşları tərəfindən aparılacaq

    Bakı. 29 oktyabr. REPORT.AZ/ Azərbaycanın sərhəd bölgələrində işləyən sərhədçilər və digər hüquq-mühafizə orqanlarının nümayəndələri üçün təşkil ediləcək “Sığınacağın istiqamətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi”nə dair regional təlim keçiriləcək. Bu barədə "Report"a BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyindən məlumat verilib.

    Məlumata görə, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərqi Avropa və Cənubi Qafqaz ölkələrində sığınacaq sistemlərinin keyfiyyətinin artırılması təşəbbüsü layihəsi (ŞACQKT Layihəsi) çərçivəsində BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyi Dövlət Miqrasiya Xidmətinin (DMX) Qaçqın statusunun müəyyənləşdirilməsi (QSM) idarəsi ilə əməkdaşlıq şəraitində və Nazirlər Kabinetinin dəstəyi ilə oktyabrın 30-da Quba şəhərində Azərbaycanın şimal sərhəd rayonlarında çalışan sərhədçilər və digər hüquq-mühafizə orqanlarının nümayəndələri üçün birgə təlim keçirəcək.

    Təlimin məqsədi ölkənin sərhəd rayonlarında işləyən və sığınacaq/miqrasiya məsələlərinə cəlb olunan hökumət rəsmilərinin bacarıq, bilik və təcrübələrinin daha da inkişaf etdirilməsinə töhfə verməkdən ibarətdir.

    Təlimin sessiyaları BMT QAK-ın və Dövlət Miqrasiya Xidmətinin QSM idarəsinin əməkdaşları tərəfindən aparılacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi